Türkiyə və İranın xarici işlər nazirləri Hakan Fidan və Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
Gununsesi.info xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
Xatırladaq ki, saziş bağlamaq üçün Tehrana təzyiqləri artıran rəsmi Vaşinqton İran limanlarının və Hörmüz boğazının blokadaya alındığını elan edib. İran tərəfi isə buna cavab olaraq boğazın Fars körfəzi ölkələrinə gedən gəmilər üçün tamamilə bağlandığını bildirib.












