DİN-in şəxsi heyəti Heydər Əliyevin məzarını ziyarət etdi

  • Müəllif: Admin2
  • 09 May 2026 13:22

Daxili İşlər Nazirliyinin (DİN) şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Fəxri Xiyabanda Ümummilli Liderinməzarını ziyarət edib.

Gununsesi.info xəbər verir ki, şəxsi heyət Ümummilli Liderin məzarı önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla anıblar.