Akif İslamzadənin durumu ilə bağlı açıqlama

  • Müəllif: Firuzə
  • 12 May 2026 11:26

Müğənni Akif İslamzadənin vəziyyətində müsbət dinamika müşahidə edilir.

Gununsesi.info xəbər verir ki, bu barədə Report-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana anesteziya-reanimasiya şöbəsinin rəisi Tural Sadıqov bildirilib.

Onun sözlərinə görə, müğənninin ümumi vəziyyəti ağır stabil olaraq qalır:

“Xəstənin huşu aydındır. Dərmanların fonunda təzyiqi normal saxlanılır. Xəstə aktivləşdirilib, miokard infarktı diaqnozu ilə müalicəsi davam etdirilir”.

Xatırladaq ki, A.İslamzadə mayın 8-də infarkt səbəbindən xəstəxanaya yerləşdirilib.

Gununsesi.info