Kaja Kallas Rusiyaya yeni sanksiyaları elan etdi

  • By admin
  • 12 May 2026 12:23

“Rusiya müharibəsinin törətdiyi bütün dəhşətlər arasında ukraynalı uşaqların oğurlanması onun ən pislərindən biridir. Uşaqların oğurlanması Rusiyanın Ukraynanın gələcəyinə hesablanmış hücumudur”.

Gununsesi.info-nun xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının Vitse-prezidenti Kaya Kallas  deyib.

O, Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketini elan edərkən,bəyan edib ki, həmin uşaqların  evə gətirilməsi prioritet məsələdir: “Biz bunu maliyyə, yardım və sanksiyalarla dəstəkləyirik.
Aİ bu gün ukraynalı uşaqların sistematik şəkildə qeyri-qanuni deportasiyasına görə Rusiyadakı fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib”.

 

Günay Mahirqızı

Gununsesi.info