Lavrov Sovet və Qərb təbliğatını müqayisə etdi

“O dövrdə primitiv hesab edilən Sovet dövrü təbliğatı Qərbin İran münaqişəsi ilə bağlı hazırkı bəyanatlarından qat-qat üstün idi”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov RT India-ya verdiyi müsahibədə bildirib.

Rusiyalı diplomat Qərb ölkələrinin İranla bağlı münaqişəni iki müharibəyə bölmək cəhdlərini qeyd edib:

“Biri ABŞ və İsrailin müəyyən nüvə silahlarını məhv etdiyi “ədalətli” müharibə, digəri isə Tehranın bəhanəsiz Hörmüz boğazını bağladığı “ikinci” müharibə”.

“Bilirsiniz, SSRİ dövründə insanlar mətbəxlərində təbliğatımızın nə qədər primitiv olduğu barədə pıçıldayardılar. Bu, indi törədilən vəhşilikləri haqlı çıxaran Qərb ideoloqlarından eşitdiklərimizdən qat-qat yüksək idi”, – deyə nazir qeyd edib.

Maqsud

Gununsesi.info