Osman Gündüzdən etiraz: ADY-nin ağlasığmaz qiymət siyasəti elə gözlənildiyi kimi oldu

ADY-nin ağlasığmaz qiymət siyasəti elə gözlənildiyi kimi oldu.

ADY-nin qiymətləri yenə ağlasığmazdır və heç bir məntiqə uyğun deyil.

Artıq bir dəfə ADY bu tip ağlasığmaz qiymət siyasətini Bakı – Balakən qatarında sınaqdan  keçirib.

İndi də bu cür reallığa uyğun olmayan qiymətləri Bakı – Tbilisi üçün də tətbiq etməyi planlayır. Artıq açıqlama verilib.

O dərəcədə yüksəkdir ki, bəlkə hələlik kəşfiyyat aparırlar.

Belə ki, ADY ala yarımçıq , hiss olunur çox ehtiyatla, mətləbə  heç bir  dəxli olmayan 51 manatı önə çıxarmaqla, kupe və SV -nin qiymətini hələlik gizli saxlamaqla qiymət açıqlaması verib :

Bakı -Tbikisi qatarı üçün indiki qiymətlər :

Plaskart – 81 manat

Kupe – açıqlanmayıb, hələlik qapalıdır

SV – açıqlanmayıb, hələlik qapalıdır

2019-cu ilədək olan qiymətlər :

Plaskart  – 24-26 manat,

Kupe – 35-40 manat,

SV (yataqlı) – 57-60 manat.

Düşünürəm ki, ADY  bu məntiqilə, “Bakı -Balakən qatarı” prinsipilə yanaşacaqsa Bakı – Tbilisi üçün ağlasığmaz görünsə də , Kupe və SV qiymətləri belə ola biləcək :

ADY-nin hələlik gizli saxlanan qiymətləri :

Kupe  – 120 manat

SV – 230 manat

Güman ki, bu qiymətlər çoxdan hazırdı, sadəcə ADY bəlkə də utanır onları açıqlamağa

Bir daha qeyd etmək istərdim ki , dəmir yolu infrastrukturunun dirçəldilməsi istiqamətində ADY -nin səyləri təqdirəlayiq olsa da qiymət siyasəti ağlasığmazdır.

Güman ki hökumətdən subsidiya ala bilmədiyindən həmin vəsaitləri əhalidən almağı hədəfləyiblər.

Görəsən hökumət nə deyəcək ADY-nin bu yanaşmasına ? İmkan veriləcəkmi?

Bilmirəm hökumət imkan verecəkmi belə ağlasığmaz qiymətlərə, amma görünən odur ki, hər hansı hesablamaya və reallığa uyğun olmayan, ağlabatan olmayan bir qiymət təklif olunub.

 

 

Osman Gündüz

Gununsesi.info