Əli Əsədov Türkmənistana getdi

  • Müəllif: Firuzə
  • 21 May 2026 22:00

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün mayın 21-də Türkmənistana işgüzar səfər edib.

Nazirlər Kabinetindən Gununsesi.info-ya bildiriblər ki, Aşqabad Beynəlxalq Aeroportunda Baş nazir Əli Əsədovu Türkmənistanın maliyyə və iqtisadiyyat naziri Mammetqulı Astanaqulov və digər rəsmi şəxslər qarşılayıblar.

Gununsesi.info