Bakı Apellyasiya Məhkəməsi Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı haqqında 12 illik həbs hökmünü qüvvədə saxlayıb.
Gununsesi.info bildirir ki, politoloqun vəkillərinin hökmdən verdiyi apellyasiya şikayətinə baxış zamanı müdafiə tərəfi ona bəraət tələb edib.
Qeyd edək ki, Azər Qasımlıya Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.










