“Bakı Metropoliteni” QSC ilə bağlı beynəlxalq məsləhətçi şirkətlə 10 prioritet istiqamət üzrə xüsusi proqram işlənib hazırlanıb”.
Gununsesi.info xəbər verir ki, bu barədə “Report”a müsahibəsində “AZCON Holding”in icraçı direktoru Şahin Babayev bildirib.
Ş.Babayev əlavə edib ki, əsas hədəf investisiya layihələrinə investorların cəlb edilməsidir: “Bilik paylaşımı, kadr resurslarının tənzimlənməsi, mütəxəssislərlə qarşılıqlı təlimlərin həyata keçirilməsi istiqamətində də ardıcıl görüşlər davam etdirilir. Bu proses artıq təkcə görüşlər formatında deyil, həm də holdinqlərlə qarşılıqlı əməkdaşlıq mexanizmi şəklində icra olunur”.












