28 May – Müstəqillik Günü ilə bağlı Azərbaycana təbriklər davam edir.
Gununsesi.info xəbər verir ki, Özgür Özel də Azərbaycana təbrik ünvanlayıb.
O, bu barədə paylaşımında deyib:
“Can Azərbaycanın 28 May – Müstəqillik Gününü ürəkdən təbrik edirəm. Acıda da, sevincdə də daim birlikdəyik.
Tariximizdən, könül bağımızdan və sarsılmaz qardaşlığımızdan aldığımız güclə — iki dövlət, tək millətik…
Müstəqillik iradəniz daim, qardaşlığımız sonsuz olsun”.












