Ermənistanda seçki pozuntuları - 6 nəfər saxlanıldı

Ermənistan Daxili İşlər Nazirliyi yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər zamanı pozuntularla bağlı indiyədək 29 siqnalın daxil olduğunu açıqlayıb.

 

Gununsesi.info xəbər verir ki, nazirliyin məlumatına görə, saat 14:00-a olan vəziyyətə əsasən, daxil olan müraciətlər üzrə 6 nəfər saxlanılıb.

 

Bundan əlavə, seçki prosesində mümkün qanun pozuntuları ilə bağlı daha 121 müraciət hazırda araşdırılmaq üçün emal mərhələsindədir.

 

Gununsesi.info