Jurnalist fəaliyyətinin əsas prinsiplərindən biri mənbələrin məxfiliyinin qorunmasıdır.
Ancaq bu, bəzən mübahisə yaradır.
Görəsən, jurnalist gizli mənbəsinin adını açıqlaya bilərmi?
Hüquqşünas Rəşad SəfərovGununsesi.info-ya bildirib ki, əgər insanlar kimliklərinin açıqlanacağından qorxsalar, ictimai əhəmiyyət daşıyan məlumatları media ilə bölüşməkdən çəkinə bilərlər.
“Buna görə bir çox ölkələrdə jurnalistlərin mənbələrini gizli saxlamaq hüququ qanunla qorunur. Lakin bu hüquq mütləq xarakter daşımır. Məsələn, ağır cinayətlərin qarşısının alınması, insan həyatı üçün real təhlükənin mövcudluğu və ya xüsusi ictimai marağın tələb etdiyi hallarda məhkəmə jurnalistdən mənbə barədə məlumat verməsini tələb edə bilər. Belə hallarda məhkəmə söz azadlığı ilə ictimai təhlükəsizlik maraqları arasında balans yaratmağa çalışır. Buna görə jurnalist hər vəziyyətdə mənbəni açıqlamağa borclu olmasa da, bəzi istisna hallar qanunvericilikdə nəzərdə tutula bilər”,- deyə o, həmçinin qeyd edib.
Orxan












