İqtisadçı Natiq Cəfərli mətbuata verdiyi açıqlamada ölkədə iqtisadi artımın zəifləməsinin əsas səbəblərindən birinin vergi, rüsum və cərimələrin artırılması olduğunu bildirib.
Gununsesi.info-nun xəbərinə görə, iqtisadçı Qaşqay İsmayıl isə səsləndirilən bu fikirlərə münasibət bildirib.
O qeyd edib ki, ölkədə iqtisadi aktivliyin zəifləməsinə təsir göstərən amillər sırasında bazarda rəqabət mühitinin yetərincə inkişaf etməməsi, biznes imkanlarının məhdud olması və sahibkarlıq fəaliyyətinin qarşılaşdığı çətinliklər də yer alır.
İqtisadçının sözlərinə görə, vergi, rüsum və cərimələrin artırılması iqtisadi proseslərə müəyyən təsir göstərə bilər.
Bununla yanaşı, biznes mühitinin daha əlverişli olması, investisiyaların təşviqi və rəqabət imkanlarının genişləndirilməsi də iqtisadi artımın sürətlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qaşqay İsmayıl hesab edir ki, investisiya fəallığının artırılması, vətəndaşların alıcılıq qabiliyyətinin gücləndirilməsi və sahibkarlıq üçün daha əlverişli şəraitin yaradılması iqtisadi göstəricilərin yaxşılaşmasına müsbət təsir göstərə bilər.
Elmar












