Çavuşoğlu ABŞ ədliyyə nazirliyinin rəsmiləri ilə görüşüb

  • By admin
  • 22 Mart 2017 08:02

Movlud Cavusoglu

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ ədliyyə nazirliyinin rəsmiləri ilə görüş keçirib.

Gununsesi.info-nun Trend-ə istinadən verdiyi məlumata görə, bunu nazirliyin nümayəndəsi Piter Karr bildirib.

“Biz bugünkü görüşünü olduğunu təsdiq edə bilərik, lakin görüşdə nə müzakirə olunduğunu şərh etməkdən imtina edirik”, – Karr bildirib.

Bir müddət əvvəl Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ 2016-ci ilin iyul ayında çevriliş cəhdinin təşkilində ittiham olunan Fəthullah Gülənin mümkün ekstradisiyası ilə bağlı Vaşinqtonda müzakirələrin aparılacağı barədə məlumat verib.

Gununsesi.info