Avropa İttifaqı Türkiyənin ədliyyə naziri Akın Gülerə sanksiya tədbiq etmək niyyətindədir.
Gununsesi.info –nun xarici mediaya istinadən verdiyi xəbərə görə, buna səbəb son dövrlər Türkiyənin məhkəmə-hüquq sistemində yaranmış böhrandır.
Qeyd edək ki, Akın Güler Əkrəm İmamoğluna qarşı ittiham elan edən prokuror olub.
O, eyni zamanda Əkrəm İmamoğlu ilə bağlı olan cinayət işinə rəhbərlik etməsindən sonra Ərdoğan tərəfindən Türkiyənin Ədliyyə Naziri təyin edilib.
Məlumatda bildirilir ki, Akın Gülerə tədbiq ediləcək sanksiyada onun Avropa İttifaqı zonasındakı əmlaklarına həbs qoyulması, habelə hesablarının dondurulması və Avropa İttifaqına girişinin qadağan edilməsi nəzərdə tutulur.
Maqsud












