Xəbər verdiyimiz kimi, Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemannın səlahiyyət müddəti başa çatır.
O, artıq bir neçə gündən sonra ölkəmizi tərk edəcək.
Gununsesi.info -nun məlumatına görə, diplomat Almaniya səfirliyinin rəsmi Facebook səhifəsində Azərbaycanla bağlı fikirlərini bölüşüb.
“Azərbaycanda keçirdiyim dörd ilin sonunda acı-şirin bir vida.
Bir tərəfdən, Berlində dünyanın ən yaxşı dönərini yenidən dadmaq üçün səbirsizlənirəm. Digər tərəfdən isə Bakıda mənim üçün xüsusi bir yerə çevrilmiş Berlin Döner üçün də çox darıxacağam.
Növbəti dəfə Bakıya yolum düşəndə ilk dayanacaqlarımdan biri mütləq yenə Berlin Döner olacaq. Gözəl xatirələr, dadlı dönərlər və qonaqpərvərlik üçün təşəkkür edirəm — hələlik, sağ olun!”
Elmar












