Mediada yayılan məlumatlara görə, Rusiya ilə danışıqlarla bağlı Aİ daxilində fikir ayrılığı yaranıb

  • By Admin2
  • 19 İyun 2026 12:22

“Politico” diplomatik mənbələrə istinadən xəbər verir ki, Rusiya ilə danışıqlar məsələsi Avropa Birliyi ölkələrini iki düşərgəyə bölüb.

Gununsesi.info xəbər verir ki, nəşrin məlumatına görə, Avropa liderləri bu məsələni  18-19 iyun tarixlərində Brüsseldə keçiriləcək Aİ sammitindən əvvəl müzakirə ediblər.

“Politico”nun qeyd etdiyi kimi, bir çoxları Avropa Şurasının prezidenti António Kostanın Rusiya ilə dialoqu bərpa etmək ideyasını dəstəkləyiblər.

Lakin Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merts bu ideyaya qarşı çıxıblar.

Onlar bildiriblər ki, hazırda Moskva ilə əlaqə qurmaq üçün uyğun vaxt deyil. Vaxtı çatanda onlar hesab edirlər ki, Fransa, Almaniya və Birləşmiş Krallıq təşəbbüs göstərməlidir.

Maqsud

Gununsesi.info