Pakistanın daxili işlər naziri Tehrana səfər edəcək

  • Müəllif: Firuzə
  • 21 İyun 2026 10:25

Pakistanın daxili işlər naziri Möhsin Nəqvi şənbə günü İranın yüksək vəzifəli rəsmiləri ilə danışıqlar aparmaq üçün Tehrana səfər edəcək.

Gununsesi.info  xəbər verir ki, bu barədə İranın dövlət xəbər agentliyi IRNA məlumat yayıb.

Məlumata görə, Möhsin Nəqvinin Tehranda keçiriləcək görüşlər çərçivəsində ikitərəfli əlaqələri və regional məsələləri müzakirə edəcəyi gözlənilir.

Bildirilib ki, “Əl-Ərəbiyyə” telekanalının daha əvvəl yaydığı xəbərə görə, Naqvinin İrana səfərinin əsas məqsədlərindən biri Tehranla Vaşinqton arasında gedən danışıqların gedişatını yaxından “izləmək” və bu barədə yüksək vəzifəli rəsmilərlə fikir mübadiləsi aparmaqdır.

Açıqlamada qeyd olunub ki, regionda cərəyan edən siyasi proseslər və təhlükəsizlik fonunda Pakistan rəsmisinin bu missiyası tərəflər arasındakı diplomatik gedişatın koordinasiyası baxımından mühüm əhəmiyyət kəsb edir.

Gununsesi.info