Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Moskva vilayətindəki kosmik rabitə mərkəzinə, eləcə də Rusiya ordusunun PUA operatorları üçün təlim poliqonuna və logistika infrastrukturuna zərbələr endirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Moskva vilayətindəki Dubna kosmik rabitə mərkəzinə zərbə endirilib. Obyektdə genişmiqyaslı tüstü müşahidə olunur. Zərər müəyyən edilir.
Ukrayna həmçinin Luqansk vilayətinin Debaltsevo ərazisindəki PUA operatorları üçün təlim poliqonuna, Donetsk vilayətinin Mirnoqrad və Perestroyka ərazilərindəki PUA idarəetmə məntəqələrinə zərbələr endiriblər.
Bundan əlavə, Rusiyanın Belqorod vilayətinin İlyok-Penkovka və Donetsk vilayətinin Pokrovsk ərazisindəki Rusiya komanda və müşahidə məntəqələrinə zərbələr endirilib.
Zaporojye vilayətinin Vasilyevka ərazisində qoşunların daşınması və Rusiya ordusunun təchizatı üçün istifadə edilən avtomobil körpüsü də zədələnib.
Gununsesi.info -ya danışan hərbi eskpert Ədalət Verdiyev qeyd edib ki, Rusiyanın hava hücumlarından müdafiə qoşunları Ukrayna tərəfimdən həyata keçirilən kütləvi dron hücumlarının təzyiqinə tab gətirmir:

“Ciddi şəkildə qorunan kosmik rabitə stansiyasının və qlobal miqyasda fəaliyyət göstərən RLS-lərin eyni gündə Ukrayna tərəfindən vurulması, rus ordusunun rabitə və hava məkanına nəzarət imkanlarını kifayət qədər məhdudlaşdıracaq. “Voronej” radarı Rusiyanın Raket Hücumundan Erkən Xəbərdarlıq Sisteminin bir hissəsidir. Bu RLS üfüqdən kənarda yerləşən ballistik və qanadlı raket buraxılışlarını aşkar etmək, kosmik obyektləri və aerodinamik hədəfləri (təyyarələr və dronlar da daxil olmaqla) izləmək və raketdən müdafiə sistemləri üçün hədəf təyinatlarını təmin etmək üçün nəzərdə tutulurdu.
“Dubna’ Peyk Rabitə Mərkəzi isə peyk rabitəsi və televiziya-radio yayım kanallarının fəaliyyətini təmin etməklə bərabər hökumət rabitəsini təmin edirdi. Rusiya rəhbərliyinin məhz “Dubna” mərkəzi vasitəsilə digər qitələrdə yerləşən xarici ölkələrin rəhbərləri ilə rabitə əlaqəsi təmin olunurdu.
Ukrayna ordusu Rusiyanın əməliyyat dərinliyində yerləşən strateji əhəmiyyətli obyektlərə dron zərbələri, bu müharibənin keyfiyyət və kəmiyyət baxımından yeni bir mərhələyə keçdiyini göstərir. Mövcud hücum templərinin saxlanılması və Rusiyanın mühüm əhəmiyyət və funksiyalar yerinə yetirən unikal obyektlərinə zərbələrin davam etməsi, Kremlin danışıqlar prosesinə daha isti yanaşması barədə ehtimallari bir qədər də artiracaq.
Qəhrəman Ukrayna ordusu Rusiya işğalı ilə barışmır, ona qarşı sarsılmaz iradə nümayiş etdirir, döyüşür, sona qədər mübarizə aparır və ciddi nəticələr əldə edir”.
Şəbnəm










