Online aldığım məhsul gəlməyib - hüquqi vəziyyət və nə etməliyəm?

  • By Admin2
  • 22 İyun 2026 16:32

İnsanların tez-tez qarşılaşdığı bir problem də online alış-verişdir.

Elektron ticarət münasibətləri istehlakçı hüquqları ilə tənzimlənir. Satıcı malı razılaşdırılmış müddətdə təqdim etməyə borcludur. Mal göndərilmədikdə bu, müqavilə öhdəliyinin pozulması sayılır.

Bu sözləri Gununsesi.info-ya hüquqşünas Şamil Paşayev deyib.

Burada müştəri hüquqları var. Yəni ödədiyin məbləğin tam geri qaytarılmasını tələb etmək, malın dərhal göndərilməsini tələb etmək (əgər hələ mümkündürsə), müqavilədən imtina etmək, zərər varsa (məsələn, əlavə xərclər), onun ödənilməsini tələb etmək.

Ancaq bunun üçün sübutlar da olmalıdır.

Məsələn, ödəniş qəbzi və ya bank çıxarışı, sifariş təsdiqi (SMS, e-mail, platforma yazışmaları), satıcı ilə yazışmalar.

Orxan

Gununsesi.info