Məşhur şəxsin məzarının yanında “selfie” çəkib reklam məqsədilə istifadə etmək qanunidirmi?

Tez-tez olmasa da, qəbirstanlıqda bu cür hallara rast gəlirik.

Bəs bu hal qanunidirmi?

Gununsesi.info – ya bu barədə hüquqşünas Uğur Əliyev danışıb.

O bildirib ki, ilk baxışda qəbiristanlıq ictimai məkan olduğuna görə orada şəkil çəkmək qanuni görünə bilər.

“Lakin məsələ həmin görüntünün hansı məqsədlə istifadə edilməsindən asılıdır. Əgər fotoşəkil reklam, kommersiya və ya məhsul tanıtımı üçün istifadə olunursa, mərhumun xatirəsinə hörmət və onun adından kommersiya məqsədilə yararlanma məsələləri gündəmə gələ bilər. Xüsusilə məşhur şəxslərin adı, nüfuzu və ictimai imici müəyyən hüquqi müdafiədən yararlana bilər. Bundan əlavə, reklam çəkilişi zamanı qəbiristanlığın daxili qaydaları və ərazi sahibinin hüquqları da nəzərə alınmalıdır. Belə istifadə mərhumun ailə üzvlərinin etirazına və bəzi hallarda hüquqi mübahisələrə səbəb ola bilər. Buna görə məzar önündə çəkilmiş adi xatirə fotosu ilə həmin görüntünün reklam məqsədilə istifadəsi hüquqi baxımdan eyni məsələ hesab edilmir”,- deyə o qeyd edib.

Orxan
Gununsesi.info