XİN dövlət qulluqçularını təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluğunda çalışan bütün əməkdaşları təbrik edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib:

“23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluğunda çalışan bütün əməkdaşları səmimi-qəlbdən təbrik edir, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq. Ölkəmizin inkişafında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində, peşəkar, şəffaf və vətəndaşyönümlü dövlət idarəçiliyinin təmin olunmasında dövlət qulluqçularının rolu əvəzsizdir. Sizə möhkəm cansağlığı, yeni nailiyyətlər və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Bayramınız mübarək!”

Image

Gununsesi.info