Ali Məhkəmənin qərarı niyə icra olunmur? - “İnter MMC” çəkişməsi

  • By Admin2
  • 23 İyun 2026 18:04

Azərbaycanda məhkəmə qərarlarının icrası ilə bağlı problemlər ictimai müzakirələrdə tez-tez gündəmə gəlir.

Vətəndaşların müraciətlərinə görə, bəzi məhkəmə qərarlarının illərlə icra olunmaması narazılıq doğurur.

Gununsesi.info xəbər verir ki, “İnter MMC” və onun rəhbəri Qabil Əliyevlə bağlı məhkəmə çəkişmələri uzun illərdir davam edir.

İddialara əsasən, Xocalı prospekti, 1181-ci məhəllə ünvanında həmin şirkət tərəfindən inşa edilən binada 275 m² sahəyə malik iki mənzillə bağlı Könül Adıgözəlovanın hüquqlarının təmin olunmaması ilə bağlı məhkəmə qərarları mövcuddur.

Bildirilir ki, bir neçə instansiya, o cümlədən Ali Məhkəmə tərəfindən də qərarlar təsdiqlənib.

Lakin vətəndaş tərəfinin iddiasına görə, həmin məhkəmə qərarlarının icrası uzun müddətdir təmin edilmir və məsələ açıq qalır.

Məsələ ilə bağlı yayılan məlumatlarda aidiyyəti qurumların – Respublika Prokurorluğu, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi və Ədliyyə Nazirliyinin məsələyə nəzarət etməsi və hüquqi icranın təmin olunması çağırışları edilir.

Gununsesi.info