Sumqayıt sakini ekskavatorun altında qalaraq ölüb

İsmayıllıda bədbəxt hadisə baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Lahıc qəsəbəsində çay yatağında qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü Sumqayıt sakini Əyyub Əfəndiyev iş görən zaman ekskavatorun altında qalaraq ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info