Rusiyanın sabiq müdafiə naziri Sergey İvanov 73 yaşında vəfat edib.
Gununsesi.info xəbər verir ki, bu məlumatı S.İvanovun fəxri prezidenti olduğu “VTB Birləşmiş Liqası” təşkilatı açıqlayıb.
Qeyd edək ki, o, 2001-2007-ci illərdə Rusiyanın Müdafiə Nazirliyinin rəhbəri postunu tutub. Bu vəzifədən getdikdən sonra 2007-11-ci illər ərzində Rusiya hökuməti sədrinin birinci müavini və müavini kimi çalışıb. Daha sonra Prezident Administrasiyasına keçərək, 2011-16-cı illərdə bu quruma rəhbərlik edib. 2016-cı ildən 2026-cı ilə qədər Rusiya Federasiyası Prezidentinin təbiəti mühafizə, ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndəsi olub.
Fevralın 4-də Sergey İvanov tutduğu vəzifədən istefa verib. Prezidentin mətbuat katibi Dmitri Peskovun açıqlamasına görə, İvanov öz istəyi ilə vəzifəsindən getmək qərarına gəlib.












