Azərbaycanın Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı general-mayor Altay Mehdiyev 26 İYUN
SİLAHLI QÜVVƏLƏR GÜNÜ ilə bağlı məqaləsində özünə qarşı ədalətsizlikdən danışıb.
Həmin məqalədə ordudakı xidmətlərini sadalayan general, həmçinin “vurulması”na da diqqəti yönəldib.
Gununsesi.info generalın sözügedən açıqlamasını təqdim edir:
“Çox əfsuslər olsun ki, şəxsən mənə qarşı törədilən, bu gün də davam edən saymaqla bitməyən ədalətsizliklər və bu ədalətsizliklərin orijinal həlli yollarından yayınaraq, məhz ədalətsizlıklərlə həll etmələri səbəbindən, rəhbərliyim altında keçirdiyimiz uğurlu döyüş əməliyyatlarının planlaşdırma, idarəolunma və uğurla həyata keçirilmə metodikası, əsgər və zabitlərimizin döyüş meydanında göstərdikləri vətənpərvərlik şücaətləri, misilsiz rəşadət, peşəkarlıq və sarsılmaz iradə nümayiş etmələri,
ümumilikdə bütün kollektivin qəhrəmanlıq nümunələri bu günə qədər qiymətləndirilməmiş, öyrənilməmiş və inkişaf etdirilməmişdir”.
Firuzə Mahmudova
Gununsesi.info












