Əfqanıstanda güclü zəlzələ oldu

Əfqanıstanın Hindiquş dağlarında 5.8 maqnitudalı zəlzələ qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 161 min nəfər əhalisi olan Kunduz şəhərindən 169 km şərqdə yerləşib.

Zəlzələnin ocağı 201 km dərinlikdə qeydə alınıb.

Dağıntılar və zərərçəkənlərlə bağlı məlumat daxil olmayıb.

Gununsesi.info