Şəmkirdə evdən qadın meyiti tapıldı

Şəmkirdə evdən 69 yaşlı qadının meyiti tapılıb.

Gununsesi.info  Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1957-ci il təvəllüdlü X. Gözəlovanın meyiti yaşadığı evdə aşkarlanıb.

Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. 69 yaşlı qadının hansı şəraitdə ölməsi məlum deyil.

Faktla bağlı Şəmkir rayon prokrorluğunda araşdırma aparılır.

Gununsesi.info