Bu il 73 uşaq övladlığa götürülüb

Azərbaycanda bu ilin birinci yarısında (yanvar-iyun) 73 uşaq övladlığa verilib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Report”a Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bundan başqa, həmin müddətdə 7 uşaq himayədar ailəyə verilib.

Qeyd edək ki, övladlığagötürmə sahəsində idarəetmə Nazirliyə həvalə olunduğu tarixdən (1 noyabr, 2019-cu il) bu günədək 891 uşaq övladlığa verilib.

2023-cü ilin noyabrından tətbiq edilən “Himayədar ailə” qayğı modeli çərçivəsində isə 82 uşaq himayədar ailələrdə yerləşdirilib.

 

Gununsesi.info