Videobloger Günel Ağayeva xüsusi ittiham qaydasında məhkəməyə verilib.
Gununsesi.info xəbər verir ki, bu barədə xüsusi ittihamçının nümayəndəsi Aqşin Məmmədov məlumat verib.
Onun sözlərinə görə, proses Nizami rayonu məhkəməsində keçirilir.
Günel Ağayeva öz “TikTok” və “instaqram” sosial şəbəkə hesablarında xüsusi ittihamçını “dələduz” və “maşennik” adlandıraraq, onun barəsində böhtan və təhqir xarakterli məlumatlar yayıb.
Videobloqerə qarşı Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən xüsusi ittiham qaydasında cinayət işi açılıb.
Hazırda Nizami rayon məhkəməsində cinayət işinin istintaqı davam etdirilir.












