Fransada prezident seçkiləri 2027-ci il aprelin 18-i və mayın 2-də (birinci və ikinci turlar) keçiriləcək.
Gununsesi.info xəbər verir ki, bu barədə “Le Figaro” mənbələrə istinadən yazıb.
Qeyd olunur ki, seçki tarixləri ilə bağlı rəsmi qərar bu gün Nazirlər Şurasının iclasında verilməlidir.
Seçkilər hazırkı dövlət başçısı Emmanuel Makronun ikinci prezidentlik mandatının 14 mayda bitməsinə 12 gün qalmış başa çatacaq.











