Fransada iranlıların 100 minlik aksiyasına icazə verilmədi

  • By Admin2
  • 01 İyul 2026 13:08

Fransada təxminən 100 min nəfərin iştirakının gözlənildiyi iranlıların toplantısı son anda Paris polisi tərəfindən dayandırılıb.

Gununsesi.info-nun xəbərinə görə, bildirilir ki, tədbirin keçirilməsi ilə bağlı hazırlıqlar və razılaşmalar həftələr öncədən aparılmışdı.

Məsələ ilə bağlı dərc olunan “GB News Opinion” yazısında qərar tənqid olunaraq, Fransanın bu addımının siyasi zəiflik kimi qiymətləndirildiyi qeyd edilib.

İddia edilir ki, qərb demokratiyası İran hakimiyyətinə qarşı fəaliyyət göstərən demokratik müxalifətin səsini məhdudlaşdırıb və bunun Tehranın digər ölkələrə təsir imkanlarını nümayiş etdirdiyini irəli sürür.

Məqalədə həmçinin vurğulanır ki, İran rəhbərliyi güzəştləri zəiflik əlaməti kimi qəbul edir və Böyük Britaniyanın bu məsələdə Fransadan daha qətiyyətli mövqe sərgiləməsinin vacib olduğu bildirilir.

Qeyd edək ki, Böyük Britaniya hökuməti hələ də İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi rəsmi siyahıya daxil etməyib.

Gununsesi.info