Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” klubu bu gün ilk yoxlama oyunu keçirib.
Gununsesi.info xəbər verir ki, “Metallist 1925” (Xarkov, Ukrayna) klubu ilə keçirilən görüş böyük hesablı məğlubiyyətlə başa çatıb. Belə ki, komandamız rəqibə 2:6 hesabı ilə uduzub.
“Qarabağ”ın “Ferensvaroş”a (Macarıstan) qarşı da yoxlama oyunu olacaq. Bu görüş Bakı vaxtı ilə saat 19:30-da başlanacaq.







