2026-cı ilin iyun ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən ümumilikdə 68 aptekdə yoxlama aparılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə AEM məlumat yayıb.
Bildirilib ki, yoxlamalardan 58-i Bakı şəhərində, 10-u isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.
“Keçirilən yoxlamaların 56-sı planlı, 12-si isə plandankənar olub.
Yoxlamaların nəticələrinə əsasən, 10 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.
Aşkarlanmış pozuntularla bağlı saxlanma şəraitinin tələblərinə əməl edilmədiyinə görə 11 adda, ümumilikdə 38 qutu dərman vasitəsi satışdan kənarlaşdırılıb.
Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi üzrə 1, 452.3-cü maddəsi üzrə isə 9 inzibati protokol tərtib olunub”, – məlumatda qeyd olunub.













