Avropa Şurası və Avropa Komissiyasının rəhbərləri NATO sammiti üçün Türkiyəyə gələcəklər

  • By Admin2
  • 02 İyul 2026 16:10

Avropa Şurasının və Avropa Komissiyasının rəhbərləri António Kosta və Ursula fon der Leyen 7-8 iyul tarixlərində Türkiyədə keçiriləcək NATO sammitində iştirak etmək niyyətindədirlər.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Paula Pinho bildirib.

“Çərşənbə axşamı Avropa Komissiyasının rəhbəri  NATO sammiti üçün Ankarada olacaq və orada sənaye forumunda iştirak edəcək”, – deyə o, Brüsseldə keçirilən brifinqdə bildirib.

Pinyo əlavə edib ki, sammit çərçivəsində fon der Leyen Türkiyə Prezidenti və Avropa Şurasının Prezidenti ilə birgə görüş keçirəcək.

Maqsud

Gununsesi.info