İyunda metro ilə 18 milyon nəfərdən çox sərnişin daşınıb.
Bu barədə Gununsesi.info-ya “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, ötən ilin iyunu ilə müqayisədə daşınan sərnişinlərin sayı 6,9% artıb.
Səfər sayına görə ayın lideri 1 milyon 711 min 203 sərnişinlə “Koroğlu” stansiyası olub.
1 iyun 752 min 703 sərnişinlə ən çox sərnişin daşınan gün olub.
NFC və QR bilet vasitəsilə ümumilikdə 9 366 min 674 ödəniş həyata keçirilib. Bu göstərici ay ərzində metrodan ödənişli istifadə edən sərnişinlərin 51,9%-ni təşkil edib.
Bundan əlavə, “Əlçatan metro” xidməti çərçivəsində 161 sifariş icra olunub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə xidmətdən 75% çox sərnişinin istifadə etdiyini göstərir.












