ABŞ səfirliyi Heydər Əliyev Mərkəzi ilə bağlı paylaşım etdi

Amerikanın 250 illiyi münasibətilə Heydər Əliyev Mərkəzində ABŞ bayrağı işıqlandırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ səfirliyi sosial şəbəkə hesabında paylaşım edib.

“Bu gün Amerikanın 250 illiyi münasibətilə Heydər Əliyev Mərkəzinin ABŞ bayrağının qırmızı, ağ və mavi rəngləri ilə işıqlandırılmasını böyük məmnunluq və minnətdarlıq hissi ilə qarşıladıq. Bu görüntü ABŞ-Azərbaycan dostluğunun otuz ildən artıq tarixinin gözəl rəmzi və avqustun 8-dən bəri birlikdə əldə etdiyimiz irəliləyişin xatırlatmasıdır”, – paylaşımda deyilir.

 

 

Gununsesi.info