Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə yola düşüb.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Nazirlər Kabinetinə istinadən məlumat yayıb.
N.Paşinyan Yekaterinburqda “İnnoprom-2026” sərgisində iştirak edəcək.
Səfər çərçivəsində onun Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşü planlaşdırılıb.












