Sabah Kiyevdə matəm günü olacaq

Kiyevdə 7 iyul Rusiya hücumunda həlak olanlar üçün matəm günü elan edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə paytaxt meri Vitali Kliçko “Telegram”da məlumat yayıb.

O vurğulayıb ki, iyulun 7-də şəhərdəki bütün bələdiyyə binalarındakı bayraqlar yarıya endiriləcək. Həmçinin paytaxtdakı dövlət və özəl binalarda dövlət bayraqlarının endirilməsi tövsiyə olunur.

Kiyevdə iyulun 7-də hər hansı əyləncə tədbiri qadağan olunacaq.

Mer xatırladıb ki, şəhərin Podolski və Darnitski rayonlarında zədələnmiş binalarda axtarış-xilasetmə əməliyyatları davam edir. Dağıntılar altında qalan insanları axtarmaq hələ də davam edir.

Gununsesi.info