Kreml Ukrayna Silahlı Qüvvələrinin enerji obyektlərinə hücumlarına cavab verib

  • By Admin2
  • 08 İyul 2026 14:18

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib ki, Taqanroq körfəzində tankerlərə endirilən zərbələr Kiyev rejiminin beynəlxalq enerji infrastrukturuna qarşı terror fəaliyyətinin nümunəsidir.

Gununsesi.info-nun xəbərinə görə, o, həmçinin qeyd edib ki, Moskvanın tankerlərə endirilən zərbələrə cavabı xüsusi hərbi əməliyyatı davam etdirməkdir.

Kremlin sözçüsü vurğulayıb ki, “Rusiya xüsusi hərbi əməliyyatlarını davam etdirir”.

Qeyd edək ki, 8 iyul səhəri Ukrayna dronları Taqanroq körfəzində Rostov-na-Donu istiqamətində hərəkət edən iki tankerə hücum edib.

Hücum nəticəsində gəmilər zədfələnib.

Maqsud

Gununsesi.info