Zelenski Azərbaycan və Türkiyəyə təşəkkür etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istədiyini bildirib.

Gununsesi.info xəbər verir ki, bunu Ukrayna Prezidenti jurnalistlərlə onlayn formatda təmasında “Report”un sualını cavablandırarkən NATO sammitində Azərbaycan və Türkiyəyə əməkdaşlığa görə təşəkkür etdiyini xatırladaraq, bunu təkrar etmək istədiyini qeyd edib.

“Azərbaycana təşəkkür etmək istərdim. Türkiyəyə də təşəkkür etmək istərdim. Biz həqiqətən müdafiə sferasında da işləməyə başlamışıq. Gəlin, mümkünsə, detallara varmayaq. Amma hər iki ölkə (Azərbaycan-Türkiyə – red.) ilə əməkdaşlıqda kifayət qədər sürətlə irəliləyirik. Liderlərə və ölkələrə dərin təşəkkür edirəm” – o deyib.

Gununsesi.info