Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası Dövlət İmtahan Mərkəzi ilə birlikdə iyulun 12-də dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı test imtahanı keçirir.
Gununsesi.info xəbər verir ki, İmtahanda Bakı və bölgələrdən 523, Naxçıvan Muxtar Respublikasından isə 104 namizəd iştirak edir.
Namizədlər imtahanı başa vurduqdan dərhal sonra topladıqları balla tanış ola biləcəklər.











