Azərbaycanla Sudan arasında diplomatik viza aradan qaldırılır

  • Müəllif: Firuzə
  • 13 İyul 2026 11:11

Milli Məclis Azərbaycanla Sudan arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi sazişini ratifikasiya edib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiqi haqqında qanun layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirə olunub.

Layihə daha sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Gununsesi.info