“ABŞ rəsmiləri Prezident İlham Əliyevin 907-ci düzəlişlə bağlı çağırışları istiqamətində addımlar atmalıdırlar”.
Bu sözləri Gununsesi.info-ya açıqlamasında deyib ki, 907-ci düzəliş tamamilə ləğv edilməlidir:
“Vaxtilə erməni lobbisinin birbaşa təsiri və təzyiqi nəticəsində Azərbaycana qarşı tətbiq edilmiş 907-ci düzəliş son dövrlərdə Ali Baş Komandan İlham Əliyevin səyləri nəticəsində ABŞ-Azərbaycan münasibətlərinin normallaşması və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi fonunda dondurulub. Lakin 907-ci düzəliş tamamilə ləğv edilməlidir. Çünki bu düzəliş və onun nəzərdə tutduğu məhdudiyyətlər artıq aktuallığını itirib, tarixdə qalıb”.
Deputat vurğulayıb ki, hazırda Ermənistanla sülh sazişi istiqamətində müəyyən addımlar atılır:
“Hazırda Ermənistanla sülh sazişinin mətni paraflanıb və Ermənistanın qalan öhdəliklərini də yerinə yetirməsindən sonra sənəd tam şəkildə imzalana bilər. Eyni zamanda, Prezident İlham Əliyevin humanist yanaşması nəticəsində Qazaxıstan və Rusiyadan Ermənistana tranzit yüklərin Azərbaycan ərazisindən daşınmasına imkan yaradılır. Bu isə onu göstərir ki, artıq Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin formalaşması istiqamətində müəyyən addımlar atılır. Heç bir vasitəçi olmadan Azərbaycan və Ermənistan arasında müxtəlif komissiyaların görüşləri keçirilir, sərhədlərin delimitasiya və demarkasiyası məsələləri müzakirə olunur. Zəngəzur dəhlizi üzrə işlərin icrası, kommunikasiyaların açılması istiqamətində də danışıqlar aparılır. Həmçinin Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan müxtəlif beynəlxalq platformalarda bir neçə dəfə görüşüblər”.
Parlamentari qeyd edib ki, 907-ci düzəliş faktiki olaraq öz əhəmiyyətini və aktuallığını tamamilə itirib:
“Əgər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi gedirsə, sülh istiqamətində mühüm addımlar atılırsa və sülhə bu qədər yaxın olduğumuz başqa bir dövr olmayıbsa, deməli, 907-ci düzəliş faktiki olaraq öz əhəmiyyətini və aktuallığını tamamilə itirib. Düzdür, hazırda bu düzəliş ABŞ Prezidenti tərəfindən bu düzəliş dondurulub və bu, Azərbaycana münasibətdə müsbət yanaşmanın göstəricisidir. Lakin hesab edirəm ki, həmin düzəliş tamamilə ləğv edilməlidir. Prezident İlham Əliyevin IV Qlobal Media Forumunun açılışında səsləndirdiyi fikirlər də bu baxımdan olduqca doğru və əsaslı mövqedir. Düşünürəm ki, ABŞ rəsmiləri bu çağırışı nəzərə almalı, məsələyə müsbət yanaşmalı və 907-ci düzəlişin tamamilə ləğvi istiqamətində addım atmalıdırlar”. (azxeber.com)
Gununsesi.info












