Milli Məclisin deputatı Şahin Seyidzadə “Telegram” hesabının icazəsiz ələ keçirildiyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, deputat bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Şahin Seyidzadə bildirib ki, hazırda onun “Telegram” hesabından icazəsiz şəkildə mesajlar göndərilir.
O, dostlarına və həmkarlarına həmin mesajlara reaksiya verməməyi, göndərilən keçidlərə daxil olmamağı və heç bir əməliyyat etməməyi tövsiyə edib.
Deputat qeyd edib ki, hazırda mütəxəssislər problemin aradan qaldırılması istiqamətində çalışırlar.
Şahin Seyidzadə yaranmış narahatlığa görə üzr istəyərək göstərilən anlayışa görə təşəkkür edib.












