Yeni 100 manatlıq niyə çap edildi? - səbəbi açıqlandı

  • By Admin2
  • 15 İyul 2026 14:56

Mərkəzi Bank tərəfindən yeni dizayn edilmiş və ən son mühafizə elementləri ilə təchiz olunmuş 100 manatlıq əskinas bu gündən etibarən dövriyyəyə buraxılır. Bəs əskinasların müəyyən müddətdən sonra yenilənməsinə səbəb nədir və niyə əskinazlar zaman-zaman dəyişdirilir?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Gununsesi.info-ya açıqlama verib.

O, dəyişikliklərin iqtisadiyyata xüsusi təsirinin gözlənilmədiyini bildirib:

“Bu, əsasən texniki xarakter daşıyan məsələdir. Əskinasların zaman-zaman yenilənməsi adi praktikadır və bunun vətəndaşlar üçün hər hansı mənfi və ya ciddi təsiri yoxdur. Köhnə əskinazlar da dövriyyədə qalaraq adi qaydada istifadə olunacaq, yeni əskinazlar isə onlarla paralel şəkildə işləyəcək. Bu dəyişikliklərin iqtisadiyyata xüsusi təsiri gözlənilmir. Sadəcə olaraq, texnologiyanın inkişafı ilə əlaqədar olaraq Mərkəzi Bank vaxtaşırı əskinazlara yeni mühafizə elementləri, təhlükəsizlik nişanları və digər yeniliklər əlavə edir. Bu addımlar pul nişanlarının təhlükəsizliyinin artırılması və müasir tələblərə uyğunlaşdırılması məqsədi daşıyır”.

Qeyd edək ki, əskinasların yenilənməsi dünyanın müxtəlif ölkələrinin mərkəzi bankları tərəfindən də tətbiq olunan adi praktikadır. Bu proses əsasən pul nişanlarının təhlükəsizliyinin artırılması, müasir texnologiyalara uyğunlaşdırılması və saxtalaşdırma hallarının qarşısının alınması məqsədi daşıyır. (Modern.az)

Gununsesi.info