İki vəkilə töhmət verildi – biri kollegiyadan çıxarıldı

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Gununsesi.info xəbər verir ki, iclasda vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb.

Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına görə 1 vəkil Kollegiyadan xaric edilib, 1 vəkilə xəbərdarlıq olunub, 4 vəkil barəsində cərimə intizam tənbehi tətbiq olunub, 2 vəkilə töhmət verilib, 2 vəkilin isə gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.

 

Gununsesi.info