Siyasətçi Boris Nadejdin (Rusiya Federasiyasında xarici agent kimi tanınır) Telegram -da Rusiyadan çıxışına qadağa qoyulduğunu bildirib.
Gununsesi.info-nun xəbərinə görə, “Dünən gecə Dövlət Xidmətinin mənim xaricə səyahət etməyimə qadağa qoyması ilə bağlı qərarı gəldi. Bu barədə vəkillərimizlə danışırıq. Deyirlər ki, bu, qanunsuz qərardır. Apelyasiya şikayəti verəcəyik”, – deyə paylaşımda bildirilir.
Qeyd edək ki, Boris Nadejdin 13 iyulda polis tərəfindən saxlanılıb. Siyasətçinin sözlərinə görə, ona qarşı ekstremist simvollar nümayiş etdirdiyinə görə inzibati ittiham irəli sürülüb.
Maqsud












