Zelenski Aleksandr Sırskini də vəzifəsindən azad edir

  • Müəllif: Firuzə
  • 18 İyul 2026 16:21

Ukrayna Prezidenti Vladimir Zelenski Silahlı Qüvvələrin baş komandanı Aleksandr Sırskini vəzifəsindən kənarlaşdırmağı nəzərdən keçirir.

Gununsesi.info   APA-ya istinadla xəbər verir ki, bu barədə “Faynənşl Tayms”da dərc olunan məqalədə bildirilib.

Məlumata görə, Zelenski prezidentliyi dövründə ən böyük hərbi idarəçilik böhranından çıxmağa çalışır və “qəssab” kimi tanınan Sırskini vəzifədən uzaqlaşdırmaq barədə fikirləşir.

Zelenskinin administrasiyasından olan vəzifəli mənbənin sözlərinə görə, Ukrayna lideri bu həftəsonu cəbhədəki vəziyyəti müzakirə etmək və orduya rəhbərlik etməyə uyğun namizədlər barədə təklifləri dinləmək üçün iclas keçirəcək.

Bildirilib ki, Zelenski cəbhədə güclü müdafiə xəttinin qorunacağı və səlahiyyətlərin yeni komandana problemsiz şəkildə ötürüləcəyi təqdirdə, Sırskini postundan kənarlaşdırmaq fikrinə açıqdır. Lakin hələlik bununla bağlı yekun qərar qəbul edilməyib.

Gununsesi.info