Nigar Fərhadın şirkəti fəaliyyətini dayandırdı

  • Müəllif: Firuzə
  • 21 İyul 2026 12:45

Müştərilərin şikayətləri ilə gündəmə gələn “Aid-Group” xaricdə təhsil şirkəti fəaliyyətini müvəqqəti dayandırıb.

Gununsesi.info xəbər verir ki, bununla bağlı şirkətin rəsmi sosial şəbəkə hesabında paylaşım edilib.

Şirkətdən bildirilib ki, fəaliyyətin dayandırılması müvəqqətidir və iş prosesi bərpa edildikdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

“Şirkətimiz fəaliyyətinə müvəqqəti ara verib. Fəaliyyətimiz həftə ərzində bərpa olunduqdan sonra bu barədə məlumat verəcəyik. Yaranmış nrahatlığa görə üzr istəyir, anlayışınız üçün təşəkkür edirik”, – deyə paylaşımda qeyd olunub.

“Aid Group” şirkətinin rəhbəri Nigar Fərhaddır. Bir qrup vətəndaş “Aid-Group” xaricdə təhsil şirkəti və onun rəhbəri Nigar Fərhaddan şikayətçidir.

Gununsesi.info